Fransanın Kale şəhərində iğtişaşlar yaşanıb. Dava-dalaş miqrantların məskunlaşdıqları qanunsuz "Kale cəngəlliyi" düşərgəsində başlayıb, sonra şəhər küçələrində davam edib.
European bildirir ki, Əfqanıstandan və Eritreyadan olan miqrantlar arasında yemək üstündə mübahisə başlanıb. Daha sonra mübahisə yüzlərlə miqrantın qatıldığı davaya dönüb.
Davada 200 eritreyalı miqrant 30 əfqana hücum çəkmişdi.
Davada 20 miqrant yaralanıb. Onlardan 5 nəfəri güllə yaraları alıb. Hospitallara yerləşdirilmiş həmin yaralılardan 4 nəfərin vəziyyəti kritikdir.
Daha 13 nəfər dəmir zopalarla və armatur kəsikləri ilə döyülərək ağır travmalar alıb.
Güllə yarası alan miqrantların hamısı eritreyalılardır.
Olayla bağlı olaraq Fransanın DİN başçısı Jerar Kollon deyib: "Kaledə zorakılıqn həddi indiyədək görünməmiş səviyyəyə çatıb. Burada vəziyyət çox gərgindir. Son üç ildə Almaniyada 300 min miqrantın sığınacaq istəyinə rədd cavabı verilib və onların hamısı Fransaya gəlib. Qanunvericiliyimizdə gərəkli dəyişikliklər etməsək problemi həll edə bilməyəcəyik".
"Kale cəngəlliyi" düşərgəsinə yığışan miqrantlar Britaniyaya keçməyə can atanlardır. (milli.az)