Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində baş tutan müdafiə sərgisində Türkiyə müdafiə nəhənglərindən STM-in direktoru Davud Yılmaz müdafiə sənayesi sahəsində öz ölkəsinin əldə etdiyi təcrübələri paylaşıb.
“Yeni Şafak” xəbər verir ki, Yılmaz sərgidə şirkətin istehsal etdiyi Avtonom Hücum Dronu “Karqu”nun böyük marağa səbəb olduğunu bildirib.
O, Səudiyyə Ərəbistanı ilə həm də kamikadze dronu kimi bilinən “Karqu”nun satışı ilə bağlı danışıqlarda xeyli irəliləyiş əldə edildiyini bildirib. Yılmaz, eyni zamanda kiber təhlükəsizlik və aviasiya sahələrində müxtəlif layihələrin sertifikatlaşdırılması üzərində işlərin görüldüyünü və tezliklə müqavilə bağlanacağını əlavə edib. (ordu.az)