Qara dənizin Türkiyənin Sinop sahillərində yerləşən hissəsində Liberiya bayrağı altında üzən yük gəmisində partlayış baş verib.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə nəticəsində bir ölü, bir yaralı var.
Dərhal hadisə yerinə dəniz xilasediciləri cəlb edilib.
Partlayışın gəminin qazanxanasında qaz sızmasından baş verdiyi bildirilir. (qafqazinfo)