“Pentaqon “Qiyamət günü təyyarəsi” adı ilə daha çox məşhur olan “Boeing E-4B Nightwatch” təyyarəsinin İndiana ştatından hava qalxması barədə məlumatı şərh edə və ya təsdiqləyə bilməz”.
Xarici KİV xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Tom Krosson bəyan edib.
“Pentaqonda hava əməliyyatlarının spesikifasını müzakirə etmək və ictimai şəkildə bu və ya digər əməliyyat üçün seçilən hərbi təyyarələr barədə danışmaq qəbul olunan davranış norması deyil”, - deyə Krosson bildirib.
O qeyd edib ki, əgər “Qiyamət günü təyyarəsi” havaya qalxmış olsa belə, Pentaqon lazım bilmədiyi müddətcə bunu açıqlamayacaq. (ordu.az)
O qeyd edib ki, əgər “Qiyamət günü təyyarəsi” havaya qalxmış olsa belə, Pentaqon lazım bilmədiyi müddətcə bunu açıqlamayacaq. (ordu.az)