İbrahim Tatlısəs 7 illik fasilədən sonra yenidən oxuyub. Maraqlıdır ki, o, “Afrin nəğməsi”ni ifa edib.
İbrahim Tatlısəs Rəsəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahım Kalının yazdığı “Afrin nəğməsi”ni oxumaq üçün 7 ildən sonra səsyazma studiyasına girib. Onu digər tanınmış müğənni Sibel Can müşayiət edib.
Qarşılaşdığı silahlı hücumdan sonra sənətindən uzaq düşən Tatlısəs duyğulu anlar yaşayıb. Düz yeddi ildən sonra özəl bir layihə üçün türkü oxuyan İmperator həmin anlarda böyük həyəcan yaşayıb.
Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatına dəstək vermək üçün məşhurlar sərhədə qədər getmişdi. Onların arasında İbrahim Tatlısəs də var idi. O, “Yaylalar” türküsünün sözlərini Afrinə uyğunlaşdıraraq, Prezident Rəcəb Tayyib Ərdoğana oxumuşdu.(teleqraf.com)