ABŞ Hərbi Hava Qüvvələri “Minuteman III” qitələrarası ballistik raketinin cari ildəki ilk sınaq buraxılışını həyata keçirib.
Sınaq ABŞ-ın Vandenberq hərbi bazasında baş tutub.
Sınağın uğurla baş tutduğu bildirilib.
Xatırladaq ki, Şimali Koreyanın sərəncamında olan “Hvasonq-14” raketlərindən qat-qat güclü təsirə malik olan ABŞ-ın “Minuteman III” raketləri ötən il avqustda da sınaqdan keçirilmişdi. Həmin raketlərin Xirosimanı məhv edən atom bombasından 20 dəfə güclü nüvə başlıqlarını daşımağa qadir olduğu qeyd olunur.