Səudiyyə Ərəbistanı İdman İdarəsi dünən Ciddədə keçirilən güləş yarışlarında qadınların “düzgün olmayan” geyimlərinə və kişi güləşçilərdən birinin İran bayrağı ilə rinqə çıxmasına görə tamaşaçılardan üzr istəyib.
Amerika Güləş Federasiyası (WWE) tərəfindən Kral Abdullah İdman Kompleksində keçirilən yarışda qeydə alınan görüntülərin xalqın etirazlarına səbəb olmasından sonra idarə üzr müraciətini rəsmi Tivitter hesabında yerləşdirib.
Qeyd edək ki, tamaşaçılar İran bayrağı qaldıran ABŞ-lı idmançının uduzmağını əslində İranın gücsüzlüyünü göstərən simvolik bir görüntü kimi şərh ediblər.