Yunanıstanda əhali arasında keçirilən sorğu zamanı respondentlərin 44 faizi Türkiyə ilə müharibə ehtimalının yüksək olduğu qənaətinə gəlib.
Hesabat xarakterli sorğu “Public İssue” şirkəti tərəfindən aparılıb.
Belə ki, müxtəlif aspektlərdə keçirilən sorğuda iştirak edənlərin bir qismi Yunanıstanın ərazi bütövlüyünün ən böyük problem olduğunu vurğulasa da, digər kəsim isə Türkiyəni ən böyük problem olaraq görüb.
Bundan əlavə, 67 faiz Türkiyənin Avropa Birliyi (AB) üzvlüyünün əleyhinə olduğunu açıqlayıb.