Afrindəki təmizlik hərəkatı yüz faiz bitmiş deyil. İdlib və Tel Rıfatla bağlı proseslər davam edir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“XİN rəhbərimizin ABŞ-a səfəri olacaq. O səfər zamanı ABŞ Dövlət katibi Mayk Pompeo ilə Menbiç barədə danışacaqlar. Bizlər Menbiçin YPG və PYD-dən təmizlənməsinə hesablanmış addımlar atılmasına ümid edirik”, - Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyənin Afrindəki “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.