İsrailin Turizm naziri Yariv Levin İsrail vətəndaşlarına Türkiyənin Qəzza zolağında baş verən hadisələrə göstərdiyi reaksiyaya görə bu ölkəyə getməmələri üçün çağırış edib.
Bu barədə “Şalom” nəşri yazıb.
Nəşrin məlumatına görə, Levin yəhudilərdən Antalyadan uzaq durmalarını istəyib.
Xatırladaq ki, Qəzza zolağında 14 mayda 61 fələstinlinin ölümünə səbəb olan qanlı hadisələrdən sonra türkiyə-İsrail münasibətləri daha da pisləşib.