Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənubi-şərqində münaqişənin güc yolu ilə həll variantını rədd edib.
UNİAN agentliyi xəbər verir ki, Poroşenko həmçinin Kiyevin kapitulyasiyanı rədd etdiyini bildirib.
“Mən sülhə gedən yolda iki sonuncu addımı rədd edirəm: milyonlarla insanın həyatına son qoyacaq hərbi hücum və kapitulyasiya”,- o dəqiqləşdirib.