Lissabonda Avropa media məkanının problemləri müzakirə edilib FOTOLAR

Dünya 12:24 10.06.2018

Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib. 05-06 iyun tarixlərində keçirilən və 40 ölkədən EFJ-yə üzv təşkilatların  qatıldıqları toplantıda  Azərbaycandan  AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə  Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Mogens Blicher Bjerregårdın bu yöndə məruzəsi dinlənilib. AFJ prezidenti öz  məruzəsində  Avropada  media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını qeyd edib. Moqan Bliçer bu kontekstdə ilk öncə Avropada ictimai yayımla bağlı yaranmış duruma toxunub. Bildirib ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, yəni, qanunlara  ictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb.İndi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib. İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradan  şərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır. AFJ prezidenti bildirib ki, Avropada geniş tendensiyaya çevrilən “ictimai yayım haqqında qanunlara müdaxilə, onların pisə doğru dəyişdirilməsi” prosesi dərhal dayandırılmalıdır: “İctimai yayım sektorunun maliyyə problemləri  həll edilməlidir;  hökumətlərin ictimai yayım sektoruna geniş müdaxiləsinə yol verən qanunların qəbulu dayandırılmalıdır”. Toplantı adından  Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziri  Gernot Blümelə ünvanlanmış  müraciət qəbul edilib. Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.

Eyni zamanda,  Avropa jurnalist təşkilatlarına müraciət qəbul edilib ki, Avstriyalı həmkarları ilə həmrəylik nümayiş etdirilsin: “Həmrəy olmasaq, prosesin qarşısını ala bilməsək, Avropada ictimai yayım anlayışı tezliklə sıradan çıxacaq”

Toplantıda daha sonra Avropa məkanında  jurnalistlərin təhlükəsizliyi və əmək şəraitləri  müzakirəyə çıxarılıb. AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da  Avropa məkanında  durum pisləşməkdə davam edir. Əksər ölkələrdə  media,  əmək, təhlükəsizlik sahəsində qəbul edilən  qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir. Moqan Bliçer çıxışında xüsusi vurğulayıb ki, son illərdə  “əmək qanunlarına və media yayımını tənzimləyən qanunlara   edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”.  O, Avropa məkanında “kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının  zəruri olduğunu önə çəkib. Bu sırada  xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə  edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Toplantı adından media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb. Rusiya, Türkiyə ilə yanaşı Ukraynada da bu yöndə statistikanın artması, xüsusi narahatlıq yaradıb. Ən ciddi problem isə cəzasızlıqla bağlıdır: “Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmiş  cinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.

Toplantıda Avropa dövlət və hakimiyyət təmsilçilərinə müraciət qəbul edilib: “Diqqətə almaq lazımdır ki, medianın imkanları sıxışdıqca, o öz yerini  daha çox  “yalan xəbər”  və  ” nifrət dolu çıxışlar”la dolu olan sosial şəbəkələrə  verir. Bu isə hər kəs üçün zərərlidir, təhlükəlidir. Medianın imkanlarının məhdudlaşdırılmasına yönəlik hər növ fəaliyyətlər dərhal dayandırılmalıdır; medianın imkanlarının artırılması üçün fəaliyyətlər başladılmalıdır”.

Toplantıda internetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər də  qeyd edilib: “İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanı  etik standarın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır”. AFJ və İFJ-yə  mövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq prosesini sürətləndirilməsi, müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsi tövsiyyə edilib.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin çıxış etdiyi komanda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
Hamısı