Türkiyənin 27-ci çağırış parlamentinin millət vəkillərinin andiçmə mərasimində PKK lideri Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan da iştirak edib.
Ömər Öcalan andiçmə mərasimində HDP-nin Şanlıurfadan olan millət vəkili qismində iştirak edib.
Xatırladaq ki, HDP CHP-nin səslərinin bir qismini bu partiyaya yönləndirməsi sayəsində TBMM-də təmsil olunmağa haqq qazanmışdı.