Son zamanlar ermənilərin Gürcüstanın paytaxtı Tbilisi şəhərinə olan iddialarından daha çox yerli əhalini işsizlik və yoxsulluq narahat edir.
ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verib.
Belə ki, sorğunun nəticələrinə görə, gürcülərin 51 faizindən çoxu işsizlikdən şikayət edir. Ölkədə ən önəmli problemlərdən biri işsizlikdir. Əhalinin iddialarına görə, yerli hakimiyyət vətəndaşların işlə təmin edilməsi istiqamətində heç bir tədbir görmədiyi üçün ölkədə yoxsulluq səviyyəsi artıb.
2009-cu ildən davam edən işsizlik probleminə görə ölkədə hazırda yoxsulluq səviyyəsi 32, qiymətlər isə 28 fazi artıb.