ABŞ-ın Siyetl şəhərinin hava limanından təyyarə oğurlanıb.
Bu barədə NBC televiziyası məlumat yayıb.
Məlumata görə, təyyarə oğurlandıqdan 15 dəqiqə sonra Vaşinqton ştatının Ketron adası yaxınlığında qəzaya düşüb.
Hazırda hadisə yerinə xilasedici qüvvələr göndərilib.
Qaçırılan təyyarənin “Alaska Airlines”a məxsus olduğu müəyyən edilib. Şirkətin məlumatına görə, hadisə zamanı təyyarənin bortunda heç bir sərnişin olmayıb.
Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də Əl Qaidə terror təşkilatı Nyu Yorkda terakt təşkil edib. Nəticədə 343-ü FHN, 60-ı isə polis işçisi olmaqla, ümumilikdə 2977 nəfər bu faciənin qurbanı olub.