Eurasia Diary "Presstv"ə istinadla xəbər verir ki, ABŞ-da Demokratlar partiyası prezident Donald Trampın Yəməndə Səudiyyə təcavüzü üçün hərbi dəstəyini sonlandırmağı məqsəd götürən təşəbbüs irəli sürüb.
Demokratların bəziləri “Müharibə Səlahiyyəti Qanunu”nu istifadə edərək, Amerika qüvvələrini müsəlman dünyasının ən yoxsul ölkəsi üzərində qanlı döyüşdən çəkməyini düşünür.
"Səudiyyə Ərəbistanı uşaqlarla dolu avtobusu bombalayıb. Bunun yalnız bir mənəvi cavabı var və bu bizim Yəmənə müdaxiləyə dəstək verməyimizi sona yetirməkdir ", - deyə bu həftə də Twitter-da çıxış edən Kaliforniya Demokratik Nümayəndəsi Ro Xanna söyləyib. "Əgər hökumət bunu etməsə, Konqres Müharibə Səlahiyyətlilərinin Qətnaməsini qəbul etməlidir", əlavə edib.
ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Amerikalı millət vəkillərinə Səudiyyə Ərəbistanının "vətəndaşlara zərər vurma riskini azaltmaq" üçün səy göstərdiklərini və müharibəni bitirmək yolunda olduğunu təsdiqlədiyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla koalisiya qüvvələri ən kasıb müsəlman dövləti olan Yəmənə qarşı hərbi əməliyyatlara başlayıb.
ABŞ-ın dəstəklədiyi müharibədə 15 min nəfər həlak olub.