ABŞ-ın İrana qarşı sanksiyaları inqilaba gətirib çıxaracaq və İran hakimiyyəti deviriləcək.
Eurasia Diary“Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani İran-Amerika Cəmiyyətləri Təşkilatının forumunda bildirib.
“Mən bilmirəm, biz onları nə vaxt devirəcəyik. Bu, bir neçə gün, ay və ya il ərzində ola bilər. Amma bu, olacaq”, - o deyib.
Vəkilin fikrincə, İrana qarşı tətbiq edilmiş sanksiyalar ölkədəki iqtisadi situasiyaya mənfi təsir edərək işləyir.
“Belə şərtlər müvəffəqiyyətli inqilaba gətirir”, - Culiani bildirib.
“Röyters” qeyd edib ki, Culiani tədbirdə xüsusi sima kimi çıxış edirdi və onun fikirləri Amerika hakimiyyətinin rəsmi mövqeyi deyil.
Mövzu ilə bağlı xəbərlər: Həsən Ruhani - "ABŞ peşman olacaq"