İran prezidenti Həsən Ruhani, bazar günü hərbi parada hücumdan bir gün sonra ABŞ-ın İslam Respublikasında təhlükə yaratmaq istədiyini söyləyib. Bu barədə Eurasia Diary "Reuters"ə istinadən xəbər verir.
Ruhani Nyu-Yorka BMT Baş Assambleyasına səfərindən öncə ABŞ-ın dəstəklədiyi Körfəz ölkələrini bu hücumda ittiham etdi.
Hücum 25 nəfərin ölümü ilə nəticələnərək İran İslamı İnqilabı Mühafizə Korpusuna edilmiş ən ağır hadisədir.
“İran hüquq və milli maraqlar çərçivəsində cavab verəcək və ABŞ öz aqressiyasında peşman olacaq”, - deyə Ruhani söyləyib.