Almaniyanın geniş oxucu kütləsi olan qəzetlərindən biri "Bild" prezident Ərdoğanın danışdığı kürsünün əks tərəfdən çəkilmiş görüntüsünü yayınlayıb. Qəzetin paylaşdığı fotolar alman təhlükəsizlik qurumlarının Türkiyə prezidentinin təhlükəsizliyinə qarşı necə həssas yanaşdıqlarını göstərir. Çadırlarda bir neçə təhlükəsizlik işçisinin olduğu və məscidin qarşısında təhlükəsizlik tədbirlərini artıran alman polisi kürsünün altına Ərdoğanın basa biləcəyi qırmızı düyməni yerləşdirib.
Eurasia Diary xəbər verir ki, Bild qəzetinin müxbiri Mario Junglich'in fotosunda qırmızı həyəcan siqnalının fövqəladə hallarda işə salındığı deyilir. Alman mətbuatı təhlükə yaranarsa Ərdoğanın düyməyə basdığı halda bölgədəki xüsusi təhlükəsizlik qüvvələrinin hadisə yerinə gələrək onu qoruma altına ala biləcəyini yazıb. Bild'in verdiyi xəbərdə düymənin gülləkeçirməz olduğu da bildirilib.