ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına qarşı qeyri-diplomatik ifadə işlədib. Tramp Səudiyyə kralına ABŞ-sız regionda 2 həftə belə davam gətirə bilməyəcəklərini söyləyib. Bu barədə Eurasia Diary İndianexpress-ə istinadən xəbər verir.
"Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Siz onlara zəngin deyirsinizmi? Mən də Kral Salmanı sevirəm. Amma "Kral - biz səni qoruyuruq" dediyimizdə - iki həftə bizsiz davam gətirə bilməzsən - ordumuzun haqqını verməlisən ", - deyə Tramp Mississippidəki çıxışında söyləyib.
Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanını yüksək neft qiymətlərinə görə qınayır. ABŞ OPEC ölkələrindən hasilatı qaldırmağı istəmişdi, lakin əksini görüncə Tramp hisslərini cilovlaya bilmədi.
“Biz o, dövlətlərin çoxunu təmənnasız qoruyuruq, onlar isə yüksək neft qiymətləri ilə əvəz ödəyirlər. Bu yaxşı deyil. Biz onlardan qiymətləri artırmağı deyil, azaltmağı istəyirik”.