Yaponiya Kuril adalarında keçirilən təlim atışlarına görə Rusiyaya etiraz edib.
Eurasia Diary “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Yaponiya hökumətinin baş katibi Yesixide Suqa məlumat verib.
“Təlim atışları Rusiya ordusunun dörd şimal adasında hərbi varlığını artıracaq ki, bu da bizim ölkəmizin mövqeyi ilə üst-üstə düşmür”, - o deyib.
Suqa əlavə edib ki, bu problemi həll etmək üçün şimal ərazidəki (Yaponiyada Kunaşir, İturup, Şikotan və Xabomai adalarını belə adlandırırlar - red.) məsələni qaydasına qoymaq lazımdır.
Bundan öncə, Moskva təlimlərlə bağlı Tokionu xəbərdar edib.