Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş verən siyasi proseslərlə bağlı Lenta.ru saytına müsahibə verib.
"Seçicilərin əksəriyyəti eyforiya yaşayır və onlar substantiv danışıqlara girə bilmirlər. Bu isə yanlış qərar verməyə səbəb ola bilər", - Robert Koçaryan söyləyib.
"Mənim şübhəm yoxdur ki, onlar bu səhnə şousunu erkən seçkilər üçün təşkil ediblər. Digər siyasi qüvvələrin bu plana qarşı birləşib iradə nümayiş göstərə bilməməsində təəccüblü bir şey yoxdur".
Robert Koçaryan seçkilər sonrası stabilliklə bağlı müsahibəsində açıqlama verib.
"Baş nazir vahid partiyalı sistem yaratmaq üçün vəzifəni güzəştə getdi. Mən düşünmürəm ki, yeni sistem uzun müddətli stabillik yaradacaq. Digər partiyalar bu ssenarinin inkişafına hazır olmadıqlarını bildiriblər. Bu ssenari isə-açıq aşkar Paşinyana xidmət edir. Əgər siyasi partiyalar seçkilərə hazır deyilsə, o zaman nəticələr aydındır".