Rusiya UFC çempionu Həbib Nurməhəmmədov Türkiyə prezidentinin dəvəti ilə İstanbul hava limanının açılışında iştirak edib. Nurməhəmmədov fəxri qonaq qismində mərasimdə iştirak edib.
Eurasia Diary Daily Sabah-a istinadən xəbər verir ki, mərasim zamanı Həbib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Qeyd edək ki, hava limanı 90 milyon sərnişin daşımaq imkanına malik olacaq.