"Fransızlar yalnız ağdərililəri çıxarmaq üçün orda idilər və onlar bunu açıq aşkar edirdi".
1994-cü ildə Ruandada törədilmiş soyqırım zamanı BMT-nin kiçik bir sülhməramlı qüvvələrinə rəhbərlik edən Kanadalı general beynəlxalq ictimaiyyətin bu hadisəyə biganə qaldığını deyir. General Romeo Dallaire həmçinin, Myanma və Suriya kimi yerlərdə insan hüquqlarının pozulmasına görə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını bildirib.
Qeyd edək ki, əsasən,Tutsi etnik azlığına daxil olan 800 mindən çox insan cəmi 100 gün içərisində sayca çoxluq təşkil edən Hutilərə məxsus silahı qruplaşmalar tərəfindən öldürülüb.