Rusiyanın Ermənistandakı səfiri rus telekanallarının bağlanması təklifinə cavab verdi | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Rusiyanın Ermənistandakı səfiri rus telekanallarının bağlanması təklifinə cavab verdi

Dünya A- A A+

“Rusiya telekanallarında anti-Ermənistan təbliğatı yoxdur”. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Rusiya tele-məkanında fərqli şərhlər ola bilər, amma ümumi mənzərənin Ermənistanın əleyhinə olduğunu düşünmürəm”, - deyə rus diplomat qeyd edib.

Ermənistanda iqtidarda olan “Mənim Addımım” blokunun deputatı Narina Tuxinyan isə “Mir”, “Rossiya”, “Kanal 1” kimi telekanallarda Ermənistan əleyhinə təbliğat aparıldığını bildirib.

O, bununla bağlı sual da ünvanlayıb: “Ümumiyyətlə, ermənilərə nifrət aşılayan, ermənilər əleyhinə təbliğat aparan proqramların yayımını dayandırmaq mümkündürmü?”

Buna cavab olaraq, Ermənistanın Milli Televiziya və Radio Şirkətlərinin rəhbəri Tiqran Akopyan rəhbərlik etdiyi qurumun 2018-ci il üzrə yayım hesabatını təqdim edib.

Akopyan hesabatında il ərzində Rusiya telekanallarında ermənilər əleyhinə irqçi çağırışların edildiyinə yer verib. Hesabatda Rusiyada fəaliyyət göstərən “RTR”, “Kultura”, “Kanal 1” və “Mir” kimi nüfuzlu telekanallar Ermənistan əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Ermənistan Baş naziri Nikol Paşinyan isə ölkə ərazilərində rus telekanallarının yayımının məhdudlaşdırılması çağırışını edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...