İnanılmaz: Lukaşenko yol hərəkət qaydasını pozdu - İnzibati proses başladıldı | Eurasia Diary - ednews.net

17 İyun, Bazar ertəsi


İnanılmaz: Lukaşenko yol hərəkət qaydasını pozdu - İnzibati proses başladıldı

Dünya A- A A+

Ötən həftəsonu Belarus Prezidenti Aleksandr Lukaşenko Orşan rayonunda velosiped sürmək qərarına gəlib. Bu, qeyri-rəsmi səfər olub, ölkə başçısını mətbuat müşayiət etməyib.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, A.Lukaşenkonun oğlu Nikolay daha çox diqqəti cəlb edib. KİV onun sürdüyü velosipedin qiymətinin bir neçə min avro olduğunu yazıb.

Daha maraqlı məqam isə prezidentin oğlunun yol hərəkət qaydalarını pozmasından aktiv sosial şəbəkə istifadəçisi olan Pavel adlı şəxsin Dövlət Yol Polisinə müraciət etməsi ilə bağlıdır.

Qomel sakini olan Pavel bu kadrları xəbər saytlarnda görüb. O, diqqəti N.Lukaşenkonun Bolbasov qəsəbəsində velosipedlə səki üzərində hərəkət etməsinə yönəldib. Yol hərəkət qaydalarını yalnız prezidentin oğlundan başqa bir insan pozmayıb. Pavel bu vəziyyətlə bağlı Qomelin yol polisinə şikayət edib. Polisdən söz veriblər ki, faktı yoxlayacaqlar və bununla hərtərəfli məşğul olacaqlar.

Artıq polisdən iki dəfə Pavelə zəng edilib. Zəng edənlər bildiriblər ki, inzibati proses başladılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...