Xəzər dənizində tanker partladı - ölənlər var | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Xəzər dənizində tanker partladı - ölənlər var

Dünya A- A A+

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

Bu barədə “Ren TV” məlumat yayıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davm etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...