İstanbul seçkiləri - Binali Yıldırım rəqibinin üzr istəməsini tələb edib | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


İstanbul seçkiləri - Binali Yıldırım rəqibinin üzr istəməsini tələb edib

Dünya A- A A+

Türkiyənin siyasi həyatında böyük əhəmiyyət daşıyan İstanbul bələdiyyə başqanlığı uğrunda seçkilər yaxınlaşdıqca atmosfer gərginləşir.

Seçkilərin iki əsas namizədi, hakim Ədalət və İnkişaf Partiyasından Binali Yıldırm, ana müxalifət Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu arasında bazar günü teledebatın keçirilməsi gözlənilir. Proqramın moderatorluğu isə tanınmış jurnalist İsmail Küçükküyaya həvalə edilib.

Dünən isə Əkrəm İmamoğlu rəqibinin İsmail Küşükayaya təzyiq göstərərək ondan sualların öncədən verilməsini tələb etdiyini söyləyib.

Ə.İmamoğlunun bu iddiasını Binali Yıldırım hakim parityaya yaxın ATV və A haber kanallarının müştərək şəkildə yayınladığı proqramda verdiyi müsahibədə qəti şəkildə təkzib edib.

İsmail Küçükküya da Habertürk kanalında Fatih Altaylının suallarına cavab verərəkən Binali Yıldırım cəbhəsindən belə bir tələb və ya xahişin gəlmədiyini vurğulayıb.

Əkrəm İmamoğlu isə ona yanlış məlumat verildiyini söylədiyini bildirməli olub.

Binali Yıldırım bundan başqa tvitter hesabından veridiyi açıqlamada CHP namizədinin iddialarını isbatlamasını, əks təqdirdə üzr istəməsini tələb edib. O, rəqibini çirkli siyasət aparmaqda suçlayıb.(musavat.com)

 

Moderator.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...