Türkiyədə təbii fəlakət - Daha bir nəfərin cəsədi tapıldı | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Türkiyədə təbii fəlakət - Daha bir nəfərin cəsədi tapıldı

Dünya A- A A+

Türkiyənin Düzcə şəhərində baş vermiş torpaq sürüşməsi və sel nəticəsində Akçakoca rayonunda itkin düşənlərdən daha bir nəfərin cəsədi tapılıb.

Eurasia Diary xəbər verir ki, itkin düşmüş digər beş nəfərin axtarışı davam edir.

Qeyd edək ki, iyulun 17-də və 18-də yağan güclü yağış səbəbindən Melen çayının daşması nəticəsində şəhərin Cumayeri, Gölyaka və Akçakoca rayonlarında sel və torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 227 nəfər xilas edilib. İtkin düşənlərdən iki nəfərin cəsədi artıq tapılıb.

Axtarışlar və ərazinin təmizlənməsi işləri davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...