Dəniz quldurları Sinqapur yaxınlığında Cənubi Koreyaya məxsus yük gəmisinə hücum ediblər.
“RİA Novosti” xəbər verir ki, sürətli katerdə hərəkət edən 7 pirat Sinqapur boğazının girişində “CK Bluebell” gəmisinə hücum ediblər.
Cənubi Koreya Dənizçilik və balıqçılıq nazirliyinin məlumatına görə, quldurlar 10 min dollar nağd pul, dənizçılərin şəxsi əşyalarını və geyimlərini oğurlayıblar.
Nazirlik hadisə haqqında digər gəmilərə xəbərdarlıq göndərib.