"Türkiyə ilə ABŞ arasında problemlər S-400-dən daha böyükdür" - Türk general | Eurasia Diary - ednews.net

20 Oktyabr,


"Türkiyə ilə ABŞ arasında problemlər S-400-dən daha böyükdür" - Türk general

Dünya A- A A+

ABŞ Türkiyənin regional güc olmasını istəmir.

Eurasia Diary "axar.az"a istinadla xəbər verir ki, bunu Türk Miras Vəqfinin iclasında çıxışı zamanı Türkiyənin Baş Qərargah rəisinin keçmiş müavini Ergin Sayqun deyib.

“Qərb üçün Yaxın Şərqdə önəmli olan İsrailin və enerji qaynaqlarının təhlükəsizliyini təmin etməkdir. İsrailə düşmən olan bütün ölkələr neytrallaşdırılıb. Bu siyahının sonunda Türkiyə yer alır. Bunu təəssüf edərək söyləyirəm, amma reallıq budur. Türkiyə ilə ABŞ arasında problemlər S-400-dən daha böyükdür. S-400 məncə, kiçik bir məsələdir. Əgər S-400-ü bitirmək məsələsiylə bağlı razılaşsaq, əminəm ki, yeni tələblər ortaya çıxacaq. ABŞ Türkiyənin müstəqil xarici siyasətindən məmnun deyil və Türkiyənin regional güc olmasını istəmir”, – deyə o bildirib.

Sayqun ABŞ üçün Yaxın Şərqdə əsas məsələnin İsrail və neft olduğunu deyib:

“S-400-lər F-35-lərin məxfi məlumatlarını ortaya çıxarmayacaq. Bunların özəlliyini artıq Rusiya, Çin və ya texnoloji casusluğu istifadə edənlər çoxdan bilirlər. Türkiyənin F-35 layihəsindən uzaqlaşdırılması 10 il öncə xarici əlaqələr komissiyasında müzakirə edilmişdi. Ona görə ki, Türkiyə F-35-ləri alacağı təqdirdə Yaxın Şərqdəki balansı dəyişdirəcəkdi. İsrailin havadakı üstünlüyü yox olacaqdı. Amerika və Qərb üçün Yaxın Şərqdə iki önəmli məsələ var. Bunlardan biri İsrail, digəri isə enerji resurslarının təhlükəsizliyidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...