Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş | Eurasia Diary - ednews.net

23 Oktyabr, Çərşənbə


Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş

Dünya A- A A+

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçərkən onu izləyən NATO-nun “F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir.

Eurasia Diary “İnterfax”a istinadən xəbər verir ki, bu təyyarələr NATO-nun hava polisinə aiddir və əsas vəzifəsi Baltikyanı ölkələrin hava məkanını qorumaqdır.

Qeyd edək ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltika donanmasının dəniz aviasiyasının iki “Su-27” qırıcısı müşayiət edib.

“F-18” təyyarəsi S.Şoyqunun olduğu avialaynerə yaxınlaşmaq istəyib, ancaq “Su-27”lərin pilotları onu sıxışdıraraq uzaqlaşdırıblar.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...