Sərnişin təyyarəsi quşlarla toqquşdu - 74 yaralı var - VİDEO | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Sərnişin təyyarəsi quşlarla toqquşdu - 74 yaralı var - VİDEO

Dünya A- A A+

Rusiyada sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub.

Eurasia Diary xəbər verir ki, Moskvanın Jukovski limanından qalxan hava gəmisi qısa müddət sonra təcili eniş edib. 

Bildirilib ki, quşlardan bir neçəsi nəqliyyat vasitəsinin motoruna girib. 

"Airbus A321" markalı təyyarədə 226 sərnişinin olduğu qeyd edilib. Onlardan 10-u yaralanıb, 4-ü təcili olaraq xəstəxanaya aparılıb.(qafqazinfo.az)

***

Təcili eniş edən təyyarədə yaralananların sayı 74 nəfərə çatıb. Hazırda xəstəxanada müalicə olunanların sayı 1 nəfərdir. 

Qeyd edək ki, təyyarədəki bütün sərnişinlərə 100 min rubl məbləğində kompensasiya ödəniləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...