Pakistanın Baş naziri ilə Tramp arasında telefon danışığı olub | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Pakistanın Baş naziri ilə Tramp arasında telefon danışığı olub

Dünya A- A A+

Pakistanın Baş naziri İmran Xan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Eurasia Diary xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“İmran Xan Donald Trampla Kəşmirdəki vəziyyəti müzakirə edib”, – deyə məlumatda qeyd edilib.

Yeri gəlmişkən, bu gün BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qapalı iclası keçiriləcək.

Avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

Bir neçə gün əvvəl isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...