Bu gün, saat 03:30 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus "Qaz 66" markalı ՊՆ 6710 Շ dövlət nömrə nişanlı avtomobil, Tavus vilayətinin Bağanis kəndi yaxınlığında dislokasiya olunan hərbi hissənin yaxınlığında, hələlik naməlum səbəblərdən qəzaya düşərək çevrilib.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, erməni qəza zamanı avtomobildə olan 25 yaşlı Q.Xoren, 26 yaşlı A.Tsovak, 26 yaşlı H.Samson, 27 yaşlı P.Artur, 29 yaşlı S.Fruntik, 25 yaşlı P.Frunzik, 29 yaşlı H.Andranik, 25 yaşlı Y.Arsen, 25 yaşlı H.Vahe, 27 yaşlı H.Edqar və 32 yaşlı Ş.Hayk adlı hərbi qulluqçular müxtəlif bədən xəsarətləri ilə Noyemberyan tibb mərkəzinə təxliyyə ediliblər.
Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin Noyemberyan rayon hərbi polis əməkdaşları da cəlb edilib.
Məlumata görə, yaralıların hamısı müqaviləli əsaslarla xidmət edən hərbi qulluqçulardır.
Hadisənin baş vermə səbəbləri araşdırlır.