ABŞ İran tankerini sanksiyalarla - hədələdi | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ İran tankerini sanksiyalarla - hədələdi

Dünya A- A A+

İranın “Adriana Dara” neft tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq olunacaq.

Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departameti çıxış edib.

İyulun 4-də İranın neft tankeri heyəti ilə birlikdə Hibraltarda Böyük Britaniya tərəfindən həbs edilmişdi. Bir neçə gün sonra isə İran Hörmüz boğazına daxil olan Britaniyaya məxsus neft tankerini həbs etdi. Bundan sonra Britaniya məhkəməsi ABŞ-ın tələbinə baxmayaraq, İrana gəmisinin azad etdi. Rəsmi Vaşinqton İspaniya, Yunanstan və Tükiyəyə İranın “Adriana Dara” tankerinin yenidən həbs edilməsi tələbi ilə müraciət etdi. Lakin bu dövlətlər ABŞ-ın tələbinə məhəl qoymadılar. Bu gün isə ABŞ İran tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...