ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ beş min hərbçini Əfqanıstandan çıxarmağa hazırdır

Dünya A- A A+

"Taliban" qruplaşması ilə razılaşmanın layihəsinə uyğun olaraq, Birləşmiş Ştatlar 135 gün ərzində Əfqanıstandakı beş bazadan beş min hərbçi çıxarmağa hazırdır.

Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad "TOLOnews"a müsahibəsində deyib.

"Bəli, biz prinsipial razılaşma əldə etmişik", - deyə o vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, lakin bu, yekun razılaşma deyil və hələ ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib.

Xatırladaq ki, sentyabrın 1-də Z.Xəlilzad Əfqanıstanın "Taliban" radikal hərəkatı ilə danışıqların doqquzuncu raundunun tamamlandığını bildirmişdi. Onun sözlərinə görə, tərəflər saziş imzalamaq ərəfəsindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...