Gürcüstan ərazilərində qurulmuş qondarma Abxaziya respbulikasında “prezident seçkiləri”nin 2-ci turu başa çatıb. Hazırkı dövlət başçısı Raul Hacimba seçkilərdə qalib gəldiyini elan edib.
Eurasia Diary xəbər verir ki, qondarma qurumun hesablamalarına görə, seçicilərin 49,4%-ı Raul Hacimbaya, 47,5%-ı isə “Amtsaxara” partiyasının sədri Alxas Kvintsiniya tutub. Müxalifət nümayəndəsi də seçkilərdə qələbə qazandığını elan edib. (modern.az)