Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəntiqlərinin hazırladığı hesabata görə Myanmada olan arakanlı müsəlmanlar hələ də soyqırım ilə ciddi təhdid olunur.
Eurasia Diary xəbər verir ki, İnsan Hüquqları Şurası tərəfindən Myanmada 2017-ci ildə həyata keçirilən tədbirlər nəticəsində Myanma ordusunun soyqırım törətdiyi faktlara əsasən sübut olunub və bu barədə qərar qəbul edilib. Eyni zamanda, orduya başçılıq edən generalların mühakimə olunması üçün çağırış edib.
Bu günə qədər 740 min arakanlı müsəlman yandırılan kəndlərindən qaçaraq Banqladeşə sığınıb. Qətliam, təcavüz və işgəncə ittihamları ilə dolu hesabatlar hələ də BMT-nin gündəmindədir.
600 min arakanlı müsəlman da soyqırım təhlükəsi altındadır
BMT mütəxəssisləri yeni bir hesabatda 600 min arakanlının hələ də Myanmada olduğunu və hər gün daha da pisləşən şərtərlərdə soyqırım təhlükəsi altında olduğunu söyləyib.