Türkiyənin Bilecik vilayətinin Bozüyük rayonunda dəmir yolu qəzası baş verib. Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb.
Eurasia Diary Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sürətli qatar xəttinə nəzarət etmək üçün Ankaradan yola düşən lokomotiv Ahmetpınar kəndi yaxınlığında tuneldə olarkən relsdən çıxaraq divara çarpılıb.
Hazırda dəmir yolu xətti müvəqqəti olaraq hərəkət üçün bağlanıb. Hadisə ilə bağlı istintaq aparılır.(modern.az)