İran Mərkəzi Bankına sanksiya tətbiqinə Tehrandan cavab | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


İran Mərkəzi Bankına sanksiya tətbiqinə Tehrandan cavab

Dünya A- A A+

Mərkəzi Banka yeni sanksiya tətbiqi ABŞ-ın İrana təzyiq yolu tapmaqda nə qədər əlinin boş olduğunu göstərir.

Eurasia Diary xəbər verir ki, bunu İranın Mərkəzi Bankının prezidenti Əbdülnasir Himmət ABŞ Prezidenti Donald Trampın yeni sanksiya təhdidi ilə bağlı danışarkən bildirib.

Himmət qeyd edib ki, ABŞ-ın sanksiyalarının uğursuzluğu hər dəfə daha qabarıq görsənir.

İran Mərkəz Bankının son dövrdə uğurlu olduğunu və bazarlarda da sabitliyi təmin etdiyini bildirən Himmət ticarət və maliyyə əməliyyatlarının ABŞ-ın sanksiya tətbiq etmədiyi kanallardan baş tutduğunu söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İran Mərkəzi Bankına sanksiya tətbiq edildiyini bəyan edib. (Axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...