Türkiyə bu qızın ölümünə ağlayır - FOTOLAR | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Türkiyə bu qızın ölümünə ağlayır - FOTOLAR

Dünya A- A A+

Bir ayağının amputasiyasına səbəb olan xərçəngə qarşı sosial şəbəkələrdəki mübarizəsi ilə tanınan 21 yaşlı türkiyəli Neslican Tay dünyasını dəyişib.

Eurasia Diary xəbər verir ki, gənc qız xəstəxanada vəfat edib. Neslicanın ölümü İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla, türkiyəli məşhurları kədərə boğub. Neslicanın fotolarını paylaşan tanınmışlar ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, 1998-ci ildə Bursada anadan olan Neslican 2018-ci ildə xərçəngə tutulub. Ayağının birini itirən Nelsican özünə “Dəmir qadın” ləqəbi seçmişdi. O, “Ayağım yoxdur, ancaq yaşamaq eşqim var”, “mən bir ayaqdan ibarət deyiləm, daha çoxam” sözləri ilə məşhur idi.(qafqazinfo)








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...