İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yüksək səviyyəli nümayəndə heyətilə ABŞ-a səfər edəcək.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Həsən Ruhani BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 23-də Nyu-Yorka yola düşəcək.
İran Prezidentinin BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı, eləcə də bir sıra hökumət və dövlət başçıları ilə görüşləri və mətbuat konfranslarında iştirakı planlaşdırılıb.(apa)