Ərdoğan Britaniya Baş Nazirinin “Sülh çeşməsi” əməliyyatını dayandırmaq xahişinə “yox” dedi | Eurasia Diary - ednews.net

17 Noyabr,


Ərdoğan Britaniya Baş Nazirinin “Sülh çeşməsi” əməliyyatını dayandırmaq xahişinə “yox” dedi

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

Eurasia Diary Türkiyə KİV-inə istinadən bildirir ki, telefon söhbətində Türkiyə Prezidenti “Sülh çeşməsi”” əməliyyatının məqsədləri barədə Britaniya Baş Nazirinə məlumat verib.

B.Consonun Ərdoğandan Suriyanın şimalında aparılan əməliyyatın dayandırılmasını istədiyi bildirilir. Bundan əlavə, Conson Ərdoğana İngiltərənin əməliyyatı dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib.

Prezident Ərdoğan isə Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.(virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...