Ermənistanın müdafiə naziri David Tonoyan parlamentdə çıxış edib.
Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, o 2020-ci ilin dövlət büdcəsi ilə bağlı dinləmələrdə hərbi xərclərin 408 milyon dollara çatdırılacağını elan edib.
Tonoyan müasir silahlar almaqda davam edəcəklərini əlavə edib.
“Biz 4 ölkədən silahlar alacayıq”. O, Rusiyanın güzəştli krediti ilə də silahlar alınacağını qeyd edib.(Modern.az)