Ermənistanda işgüzar səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Prokopios Pavlopulos Türkiyəyə əlehinə sərt açıqlamalar verib.
Yunanıstan prezidenti Ermənistan prezidenti Armen Sarkisyan ilə birgə söhbətdə "Erməni Soyqırımı"na və "Pont Yunan Soyqırımı"na toxunaraq, bəyan edib ki, Türkiyə öz tarixini qəbul etməli və üzr istəməlidir.
Eurasia Diary bu barədə az.armradio-ya istinadla xəbər verir.
“Biz "Erməni Soyqırımı"nı xatırlayırıq, biz "Pont Yunan Soyqırımı"nı xatırlayırıq və şadaq ki, bir neçə gün əvvəl ABŞ Nümayəndələr Palatası soyqırımı tanıyanların sırasını genişləndirdi. Biz 1996-cı ildə parlament səviyyəsində "Erməni Soyqırımı"nı tanıdıq, 24 apreli "Erməni Soyqırımının Günü" elan etdik və 2014-cü ildə "Erməni Soyqırımı"nın inkarını cinayət məsuliyyətinə cəlb etdik. Ermənistan parlamenti tərəfindən "Pont Yunan Soyqırımı"nı yekdilliklə tanıdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Buradan biz Türkiyəyə mesaj göndərmək istəyirik. Türkiyə öz tarixini qəbul etməli, cavab verməli və üzr istəməlidir”- deyə prezident qeyd edib.