Türkiyə yeni əməliyyatlara başlayır - Çavuşoğludan BƏYANAT | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Türkiyə yeni əməliyyatlara başlayır - Çavuşoğludan BƏYANAT

Dünya A- A A+

"ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib".

Eurasia Diary Türkiyə Mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.

Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

M.Çavuşoğlu əlavə edib ki, Türkiyə Suriyanın şimalındakı vəziyyəti həll etmək üçün bölgəni bütün terror təşkilatlarından təmizləməkdən başqa bir yol görmür.(modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...