Türkiyənin Elazığ vilayətindəki zəlzələdən sonra təxribat xarakterli fikirlər yayan 50 şübhəli şəxs barəsində araşdırmaya başlanıb.
Eurasia Diary-nin CNN-Türk-ə istinadla verdiyi xəbərə görə, faktla bağlı Ankara Respublika Prokurorluğunda Türkiyə Cinayət Qanununun 213-cü (xalq arasında qorxu və panika yaratmaq) və 301-ci (Türkiyə dövlətini və dövlət qurumları və təşkilatlarını aşağımaq) maddələri ilə təhqiqat araşdırmaları aparılır.