Sinqapurda karantin rejimini pozanlar cəzalandırılacaq | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


Sinqapurda karantin rejimini pozanlar cəzalandırılacaq

Dünya A- A A+

Sinqapur hökuməti Çindən qayıdan ölkə vətəndaşlarını ev karantini rejimində qalmayacaqları təqdirdə cəzalandıracaq.

Eurasia Diary  RT-yə istinadən xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Fevralın 18-də yerli vaxtla saat 23:59-da qüvvəyə minəcək yeni sərəncam Çindən qayıdanların 14 gün ərzində ev karantinini tərk etməsinə qadağa qoyur.

Bu qərar yeni növ koronavirusun (COVID-2019) yayılması təhlükəsi səbəbi ilə qəbul edilib.

Karantin rejiminə əməl etməyənləri 6 aya qədər həbs cəzası, həmçinin 10 min Sinqapur dollarınadək (təxminən, 7,2 min ABŞ dolları) cərimə gözləyir. Xarici vətəndaşlar üçün isə qaydalara itaətsizlik işdən qovulma və deportasiya ilə nəticələnəcək. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...