İran prezidentinin köməkçisi Məsumə İbtikarın yen tip koronavirusa yoluxduğu açıqlandı.
Eurasia Dary xəbər verir ki, 2 gün əvvəl İran səhiyyə Nazirinin müavini Iraj Harirchi, 27 fevralda isə İran məclisini beynəlxalq təhlükəsizlik və xarici işlər komisiyasının prezidenti Müctəba Zünnur virusa yoluxub.
Qeyd edək ki, qonşu ölkə İranda epidemiyadan ölənlərin sayı 26-ya, yoluxanların sayı isə 245-ə yüksəlib.